Bolqarıstan Kataloniyanın müstəqilliyini tanımaqdan imtina edib


Dünya 29 Okt 2017 09:52:44 304 0

Bolqarıstan Kataloniyanın müstəqilliyini tanımaqdan imtina edib

"Biz İspaniyanın dövlət suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik"

Bolqarıstan hökuməti Kataloniya parlamenti tərəfindən regionun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımır.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Bolqarıstan İspaniya Krallığının Avropa İttifaqının əsas dəyərləri olan Konstitusiya qayda-qanunu, qanun aliliyi və hüquqi dövlət prinsiplərinə hörrmətlə yanaşır. Biz İspaniyanın dövlət suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik", - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Almaniya hökuməti Kataloniyanın birtərəfli qaydada müstəqil elan olunmasını tanımadığını bəyan edib.

Kataloniya oktyabrın 27-də regionun müstəqilliyinə dair qətnamənin lehinə səs verib.