Somalidə partlayış qurbanlarının sayı 18ə çatıb


Dünya 28 Okt 2017 23:42:00 314 0

Somalidə partlayış qurbanlarının sayı 18ə çatıb

Somalinin paytaxtı Moqadişuda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 30-dan çox adam yaralanıb.

Hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə yerləşdirilən partlayıcı qurğunu işə salıb.

Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.