Sualtı qayıqda biabırçı qalmaqal seks, kokain, fahişələr FOTO


Digərləri 28 Okt 2017 22:11:00 359 0

Sualtı qayıqda biabırçı qalmaqal  seks, kokain, fahişələr  FOTO

Britaniya Kral Hərbi-Dəniz Qüvvələrində çox böyük qalmaqal yaşanır.

"HMS Vigilant" atom sualtı qayığının 9 dənizçisi HDQ-dən qovulub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, onların qanlarında kokain qalıqları aşkarlanıb.

"Vigilant"ın heyətində xidmət edən bu dənizçilər sualtı qayıt ABŞ sahillərində olarkən narkotik maddələrdən və spirtli içkilərdən istifadə olunduğu eyş-işrət gecəsi təşkil etməkdə suçlanırlar. Bir hərbi dənizçi isə fahişələr sifariş verərək onlarla hovuzda əylənib.

Daha bir dənizçini sevdiyi qızla görüüşmək üçün icazə olmadan qayığı tərk etdiyinə görə hərbi tribunal gözləyir. Qalmaqal yaranandan sonra iki dənizçi könüllü olaraq HDQ-ni tərk ediblər.

Oktyabrın əvvəllərində "Vigilant"ın kapitanı, 41 yaşlı Stüart Armstronq gəmidə xidmət edən subleytenant, 25 yaşlı Rebekka Edvardsla "eşq"ə görə qovulub.

Az sonra qayığın kapitan müavini, ailəli, 36 yaşlı Maykl Sil 27 yaşlı leytenant Hanna Liçfildlə "əlaqə"lərə görə HDQ-dən qovulub.


Xəbərə aid fotolar