Moqadişoda partlayışlar nəticəsində ölənlərin sayı 13-ə çatıb


Dünya 28 Okt 2017 21:02:22 318 0

Moqadişoda partlayışlar nəticəsində ölənlərin sayı 13-ə çatıb

Prezident sarayı yaxınlığında iki minalanmış avtomobil partladılıb

Somalinin paytaxtı Moqadişoda, Prezident sarayı yaxınlığında yerləşən mehmanxana qarşısında törədilən partlayışlar nəticəsində azı 13 nəfər ölüb, 16-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Şahidlərin sözlərinə görə, otelə yaxın ərazidə atəş səsləri eşidilib.

Minalanmış iki avtomobil Moqadişoda mehmanxana qarşısında partladılıb.

Bundan əvvəl ölənlərin 7 nəfər olduğu bildirilirdi.