İstanbulda 4 İŞİD üzvü yaxalanıb


Dünya 28 Okt 2017 19:54:00 292 0

İstanbulda 4 İŞİD üzvü yaxalanıb

İstanbulun Bayrampaşa rayonu ərazisindəki ticarət mərkəzində partlayış törətmək istədikləri güman olunan İŞİD üzvləri yaxalanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, İstanbul polisi şübhəli şəxsləri izləyib. İŞİD-çilər saat 16:30 radələrində ağ rəngli avtomobili ticarət mərkəzinin açıq park yerində saxlayıblar. Avtomobildən çıxan 4 nəfər polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı şübhəlilərdən biri yüngül xəsarət alıb. Vətəndaşlar ərazidən uzaqlaşdırılıb.   Hadisə yerinə partlayıcı qurğuları zərərsizləşdirən mütəxəssislər çağırılıb. Onlar avtomobildə partlayış törədiblər. Araşdırma aparılır.