Mənşəyi məlum olmayan 63 kq at əti aşkar edilib FOTO


Digərləri 28 Okt 2017 18:24:00 282 0

Mənşəyi məlum olmayan 63 kq at əti aşkar edilib  FOTO

Naftalan şəhərində ənşəyi məlum olmayan 63 kq at əti aşkar edilərək götürülüb.

Son.az bildirir  ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Naftalanda bir nəfərin həyətində mənşəyi məlum olmayan ət satışı ilə məşğul olması barədə ŞPŞ-yə məlumat daxil olub. Bir müddət həmin ərazidə müşahidə aparılarkən məlumat təsdiqini tapıb.

Oktyabrın 27-də polis əməkdaşları tərəfindən Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov həmin ət məsullunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.


Xəbərə aid fotolar