"Allah aktyorlarımıza səbr versin" Əməkdar artist VİDEO FOTO


Şou-biznes 28 Okt 2017 15:36:00 352 0

"Allah aktyorlarımıza səbr versin"  Əməkdar artist  VİDEO  FOTO

ARB Ulduz-un "Virtual Həyat" proqramının budəfəki müsahibi müğənni, Əməkdar artist İlqar Muradov olub. Son.az bildirir ki, noyabr ayında Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış edəcəyini söyləyən İlqar Muradov konsertinin qeyri-adi hissələrini bizimlə bölüşdü: "Noyabr ayının 25-də Heydər Əliyev adına Sarayda konsertim olacaq. Bütün sevənlərimi həmin konsertə dəvət edirəm. Konsert 1 saat yarım olacaq. Konsertdə seçilmiş mahnılar, xalq, bəstəkar mahnıları, müəyyən rəqslər, çəkildiyim filmdən fraqmentlər, Norveç layihəsindən hissələr olacaq". "Xeyirlə şərin rəqsi" filmində əsas qəhrəmanı canlandıran müğənni ekran işinə çəkilən zaman qarşılaşdığı bütün çətinlikləri etiraf etdi: "Aktyorluq çox çətin sənətdir. Kino çətindir. Mən filmə çəkilərkən kinonun çətinliklərini, incəliklərini hiss etdim, yaşadım. Aktyorlarımıza Allah səbr versin. Bu iş çox çətin və məsuliyyətlidir. Rejissor Yavər Rzayevin sayəsində film uğur qazanıb. Peşəkar aktyorlar, kinoşünaslar məni çox bəyənirlər". Qeyd edək ki, "ARB Ulduz" kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar