Bakıda 35 yaşlı kişini qonşusu bıçaqladı


Digərləri 28 Okt 2017 08:24:00 271 0

Bakıda 35 yaşlı kişini qonşusu bıçaqladı

Ziyad Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" kimi tanınan ərazidə 1982-ci il təvəllüdlü Əliyev Ziyad Rafiq oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava edib. Ona qonşusu tərəfindən iki bıçaq zərbəsi vurulub. Z.Əliyev təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin axtarışına başlanılıb.