"Hamamın "fortiçka"sını qıraraq girdim" Oğurluq edən dəstə VİDEO FOTO


Digərləri 27 Okt 2017 16:49:12 289 0

"Hamamın "fortiçka"sını qıraraq girdim"  Oğurluq edən dəstə  VİDEO  FOTO

Bərdə rayonunda evlərdən oğurluq edən dəstə zərərsizləşdirilib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Kələntərli kənd sakini Mirzəyev Nicat və Qazqurdalı kənd sakini Məmmədova Ruziyyə polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin onların yaşadıqları mənzillərdən oğurluq etdiklərini bildiriblər.

Zərərçəkmiş Nicat Mirzəyevə 1384 manat, Ruziyyə Məmmədovaya isə 500 manat ziyan dəyib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, evlərdən oğurluq edən şəxslər Ağdam rayon sakinləri Nemət Məmmədov və Bərdə rayon sakini Anar Quliyevdir.

Hər iki şəxs törətdiyi əməli etiraf edib. İstintaq zamanı oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Nemət Məmmədov - Saxlanılan şəxs: "Seyf qapı bağlı idi. Hamamın "fortiçka"sını qıraraq içəri daxil oldum. Yataq otağından noutbukla telefonu götürüb çıxdıq".


Xəbərə aid fotolar