"Azerbaijan Fashion Week 2017" moda həftəsi başlayır


Digərləri 27 Okt 2017 15:12:00 308 0

"Azerbaijan Fashion Week 2017" moda həftəsi başlayır

7-10 noyabr tarixlərində "Azerbaijan Fashion Week" Azərbaycanda moda sənayesinin inkişafına biganə qalmayanlar üçün qapılarını açır.

Məqsədimiz - həm yerli, həm xarici dizaynerlərin birləşməsi və yaradıcılıqlarını nümayiş etdirmək üçün platformanın yaradılmasıdır.

Tədbirlərimizdə dizaynerlərdən əlavə, moda ekspertləri və KİV nümayəndələri də iştirak edirlər.

Üç gün ərzində fəsilin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə tanış olma imkanına nail olacaqsınız.

Altıncı sezonun hedlaynerləri Oriental Fashion Show dizaynerləri olacaq. Oriental Fashion Show Parisdə yaradılan və bütün dünyaya Şərq dizaynerlərini təqdim edən unikal bir layihədir. Bu layihə çərçivəsində Azərbaycana Yaxın Şərqdən üç dizayner təşrif buyuracaq.

AFW çərçivəsində, həmçinin "Wedding Fair", gəlinlik yarmarkası keçiriləcək, ümidvarıq ki bu layihə də ənənəyə çevriləcək.