Erməni deputat: “Sarqsyanın vəzifədə olduğu illərdə çoxlu sayda rəsmi şəxslər qətlə yetirilib”


Dünya 27 Okt 2017 15:07:45 314 0

Erməni deputat: “Sarqsyanın vəzifədə olduğu illərdə çoxlu sayda rəsmi şəxslər qətlə yetirilib”

Nikol Paşinyan: “Baş nazir, parlament sədri və parlamentdə deputatların təhlükəsizliyini təmin etmək onun birbaşa səlahiyyətinə daxil idi”

“Serj Sarqsyan milli təhlükəsizlik xidmətinin başçısı olduğu illərdə Ermənistanda çoxlu sayda rəsmi şəxs qətlə yetirilib”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Çıxış” fraksiyasının sədri, deputat Nikol Paşinyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verən hadisədən danışarkən deyib.

“Yada salmaq istəyirəm ki, 1999-cu il oktyabrın 27-də Serj Sarqsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı idi. Baş nazirin, parlament sədri və parlamentdə deputatların təhlükəsizliyini təmin etmək onun birbaşa vəzifə borcuna daxil idi. Sonradan aydın oldu ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əvvəlcədən məlumatı var imiş. Ancaq Milli Təhlükəsizlik Xidməti hadisənin qarşısını almaq üçün heç bir tədbir görmədi. Nə qədər ki, Serj Sarqsyanın əlində hakimiyyət var, həmin cinayət işi heç vaxt açılmayacaq”, - o vurğulayıb.