Məktəblərdə işə qəbul üçün müraciət edənlərin yarısının müraciəti qəbul edilməyib


Digərləri 27 Okt 2017 13:50:00 351 0

Məktəblərdə işə qəbul üçün müraciət edənlərin yarısının müraciəti qəbul edilməyib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.

BŞTİ-dən Son.az-a verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərdən 700-ə yaxınının elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-ə yaxın müraciətə imtina verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.