Burak Özçivit yenə Bakıya gəlir (FOTO)


Digərləri 27 Okt 2017 10:42:29 225 0

Burak Özçivit yenə Bakıya gəlir (FOTO)

Türkiyənin kino ulduzu Burak Özçivit növbəti dəfə Azərbaycan paytaxtına gələcək.

Bakı. Cani Babayeva - Türkiyənin kino ulduzu Burak Özçivit növbəti dəfə Azərbaycan paytaxtına gələcək. Trend-in məlumatına görə, tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə bağlıdır. Baş rolları B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsi noyabrın 30-da keçiriləcək. Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Əsli Ənvərin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin