Polislərin olduğu maşın betona çırpılıb: ölənlər var


Digərləri 27 Okt 2017 10:29:19 260 0

Polislərin olduğu maşın betona çırpılıb: ölənlər var

Türkiyənin İzmir şəhərində yol qəzası baş verib.

Bakı. Türkiyənin İzmir şəhərində yol qəzası baş verib. Trend-in məlumatına görə, İzmirin Bornova rayonunda içində 5 polis əməkdaşının olduğu avtomobil beton maneəyə çırpılıb. İlkin ehtimala əsasən avtomobilin yolda sıxışdırılması nəticəsində sürücü idarəetməni itirib. Qəza zamanı 2 polis ölüb, 3-ü ağır yaralanıb. Asayiş keşikçilərinin 24-27 yaşlarında olduğu bildirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin