Əsrin sirri: Kennedinin qətli ilə bağlı


Dünya 27 Okt 2017 10:14:00 589 0

Əsrin sirri: Kennedinin qətli ilə bağlı

ABŞ prezidenti Donald Tramp ölkənin 35-ci prezidenti Con Ficerald Kennedinin qətli ilə bağlı indiyədək açıqlanmamış sənədlərin dərci ilə bağlı memorandum imzalayıb.

Son.az CNN-ə istinadən bildirir ki, D.Trampın imzaladığı sənədə görə, dərci nəzərdə tutulmuş sənədlərin heç də hamısı açıqlanmır: "Bunun səbəbi federal agentliklərin və qurumların materiallarla əlavə tanışlıq üçün vaxt istəmələridir. Millətimizin təhlükəsizliyinə zərər vurmamaq üçün onların istəyi ilə razılaşmaqdan savayı seçimim yoxdur. Fəqət hakimiyyət dairələri yerdə qalan materialların məxfiləşdirilməsinin gərəkli olub-olmadığını araşdıracaq və əgər belə zərurət duyulmazsa, yerdə qalan sənədlər 2018-ci ilin aprelin 26-da açıqlanacaq", - Donald Tram deyib.

Hələlik 300 sənəd qapalı saxlanılıb.

Açıqlanmış 2900 sənəd ABŞ-ın Milli Arxivinin xüsusi bölməsindədir.

Con Ficerald Kennedi ABŞ-a iki il rəhbərlik edib və 1963-cü ilin noyabrın 22-də Dallasda səfərdə olanda sui-qəsdə tuş gələrək güllələnib. Rəsmi versiyaya görə, onu Li Harvi Osvald vurub. Osvald uzaq məsafədən prezidentə snayper tüfəngindən atəş açıb. Lakin Kennedinin ölümünün səbəbləri və qatilin kimliyi hələ də mübahisə mövzusudur.

Açıqlanan sənədlərdə aranacaq əsas məqam ABŞ-ın kəşfiyyat və əks-kəşfiyyat strukturlarının sui-qəsdin təfərrüatlarını istintaqdan gizlətmək cəhdləri ilə bağlı iddialara cavabdır.