Niyə Həzrət Abbasa amannamə verildi?


Digərləri 26 Okt 2017 23:45:00 527 0

Niyə Həzrət Abbasa amannamə verildi?

Niyə Aşura gecəsində Yezidin qoşunu tərəfindən yalnız Həzrət Abbasa amannamə verildi?

İmam Əlinin (ə) həyat yoldaşlarından biri də Həzrət Abbasın və 3 qardaşının anası Ümmül-bənin künyəli Fatimə bint Hizam idi. Bu qadın Bəni-Kilab qəbiləsinə mənsub idi. Ərəblərdə qəbilə qohumluğu çox əhəmiyyətli sayılırdı. Hətta bəzən bir ərəb döyüş zamanı qarşı cəbhədə onun qəbiləsinə mənsub bir şəxsin olduğunu biləndə onu ölümdən xilas etməyə çalışırdı.

Son.az islam.az-a istinadən bildirir ki, eyni qəbilənin üzvləri bir-birinə "qardaş, bacı" və ya yaşından asılı olaraq "qardaşoğlu, bacıoğlu" deyə müraciət edirdilər. Yezid qoşununun sərkərdələrindən olan Şimr ibn Zilcövşən də Bəni-Kilab qəbiləsindən idi. O, Aşuraya keçən gecə qohumları sayılan Abbas və qardaşları üçün İbn Ziyaddan amannamə aldı və Həzrət Abbası çağırıb amannaməni ona verdi, qardaşını tərk etsə, amanda qalacağını söylədi. Amma İmam Hüseynin (ə) qeyrətli qardaşı Abbas bu təklifi qəti şəkildə rədd edib amannaməni cırdı və son nəfəsinə kimi qardaşının yanında qaldı.