Azərbaycanda hər il 45 min insan öd daşı xəstəliyi səbəbindən əməliyyata məruz qalır


Digərləri 26 Okt 2017 22:38:00 313 0

Azərbaycanda hər il 45 min insan öd daşı xəstəliyi səbəbindən əməliyyata məruz qalır

Hər il dünyada 1,5-1,6 milyon insan öd daşı xəstəliyi səbəbindən lesistekfomiya əməliyyatına məruz qalır. Rusiyada bu rəqəm 110 min, ABŞ-da 600 min, Azərbaycanda isə 4-5 min civarındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor Əliniyaz Məmmədov deyib.

Onun sözlərinə görə, aparılan elmi-tədqiqat işlərinin və müşahidələrin təhlili son vaxtlar əhali arasında öd daşı xəstəliyinin (ÖDX) artdığını göstərir. Bu xəstəliyə dünya əhalisinin 10-15 faizində rast gəlinir. Əgər artım belə templə davam etsə, 2050-ci ilə kimi bu göslərici 20 faizə çatacaq.

Ə.Məmmədov bildirib ki, əhali arasında yayılmasına görə, ÖDX ancaq ürək-damar və şəkərli diabet xəstəliklərindən geri qalır, həzm traktı xəstəlikləri içərisində isə liderdir:

"ABŞ kimi inkişaf etmiş ölkədə bu xəstəlikdən hər il on minə yaxın insan həyatını itirir. Ona görə ÖDX xoşxassəli xəstəliklər qrupuna aid olsa da, onun geniş yayılması, etiologiyasında gender faktorlarının, yaşın, qidalanma rejiminin, bir sıra ekoloji amillərin, urbanizasiya və s. proseslərin iştirakı problemə daha çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.