Qripdən sonra diş fırçası dəyişdirilməlidirmi?


Digərləri 26 Okt 2017 22:40:00 254 0

Qripdən sonra diş fırçası dəyişdirilməlidirmi?

Havalar yaxşıca soyumağa və xəstəliklər artıq qapımızı döyməyə başlayıb. Qripə yoluxma halları da hər gün keçdikcə artır. Qripli əllərinizi tez-tez maye sabun ilə yumağa diqqət edirsiniz, bəs dişinizin gigiyenasına bu cür riayət edirsiniz?

Son.az deyerler.org-a istinadən bildirir ki, ekspertlər qripə yoluxmuş olduğunuzda diş məcununu fırçaya toxundurmamağınız və qripdən sonra diş fırçanızı mütləq dəyişdirməyinizi təklif edir.   Qripdən sonra niyə diş fırçasının dəyişdirilməli olduğunu isə belə izah edirlər: "Qrip keçirən xəstələrdə qrip vaxtı istifadə olunan diş fırçası üzərində bu xəstəliyə səbəb olan viruslar bol miqdarda yığılır. Bakteriyalardan fərqli olaraq viruslar bədəndən xaricdə də çox uzun müddət həyatlarını davam etdirə bilir və yenidən uyğun şərait tapanda xəstəliyə səbəb olurlar. Bu səbəblə qrip olduqda istifadə etdiyiniz diş fırçasını xəstəlik keçdikdən sonra yenisi ilə dəyişdirmək orqanizminizin sağalma dövründə yenidən intensiv şəkildə viruslara məruz qalmasının qarşısını alacaq".