Müqaviləni bir şirkətlə bağladı, fərqli yerdən


Digərləri 26 Okt 2017 21:17:00 286 0

Müqaviləni bir şirkətlə bağladı, fərqli yerdən

Vətəndaş sığorta şirkətlərindən biri ilə müqavilə bağlayıb. Lakin müqavilə sistemə daxil edilmədiyindən sürücü yol polisi tərəfindən cərimələnib. 3 ay sonra isə ona, ödəniş etdiyi deyil, fərqli şirkət tərəfindən sığorta olunması haqqında SMS gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Hüseyn Zeynalov sığorta agentlərindən birinin səhlənkarlığının qurbanı olub.Sığrota agenti vətəndaşa avqust ayında Mbask şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq şəhadətnaməni təqdim edib. Ödəniş edilməsi və yeni müqavilə bağlanmasına baxmayaraq icbari sığorta bürosunun informasiya sistemindən vətəndaşa yeni şəhadətnamənin etibarsız olması barədə dəfələrlə ismarıc gəlib Şəhadətnamə etibarsız olduğuna görə sürücüyə elektron protol tərtib edilib və O, 50 manat məbləğində cərimə edilib.Düzdür, vətəndaşa sonradan 23 oktyabrda icbari sığorta şəhadətnaməsinin etibarlı olması barədə bürodan sms gəlib.Amma bu ismarıc vətəndaşın təəccübünə səbəb olub.. Vətəndaşın Mbask əvəzinə Atəşgah şirkətində sığortalanması sığorta agentləri, şirkətlər və müştərilər arasında münasibətləri aktuallaşdırır.Kiçik araşdırma onu göstərdi ki, sığorta agenti ödənişi alaraq məlumatları sistemə gec daxil edib. Daha sonra sığorta agenti həmin ərəfədə Mbask şirkəti ilə əlaqəni kəsərək, Atəşgahla əməkdaşlığa başladığına görə avtomobili məhz yeni şirkətdə sığorta etdirib. Bu isə vətəndaşın hüquqlarının sığorta agenti tərəfindən pozulması anlamına gəlir. Ekspert Daşdəmir Niftəliyev deyir ki, sürücünün 50 manatlıq cəriməsi məhz agent tərəfindən ödənilməlidir. Belə hallarla qarşılaşmamaq üçün müqavilələr elektron qaydada bağlanılmalıdır və ödənişlər mütləq onlayn qaydada edilməlidir.


Xəbərə aid video