Sosial şəbəkədə tanış olduğu qadını şantaj edib 500 manat aldı BAKIDA


Digərləri 26 Okt 2017 13:54:00 267 0

Sosial şəbəkədə tanış olduğu qadını şantaj edib 500 manat aldı  BAKIDA

Bakıda şantajla məşğul olan şəxs tutulub.

Son.az lent.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.