Vaqif Səmədoğlunun qızı: “Atam evlənəndə hönkürhönkür ağladım” FOTO


Digərləri 26 Okt 2017 11:41:00 294 0

Vaqif Səmədoğlunun qızı: “Atam evlənəndə hönkürhönkür ağladım”  FOTO

Son.az lent.az-a istinadən mərhum şair Vaqif Səmədoğlunun qızı Nigar Vəkilova ilə müsahibəni təqdim edir:

- Atanızla bağlı yadınıza düşən ilk xatirə hansıdır?

- Mənim həmişə atamla bağlı bir xatirə yadıma düşür. Amma bunun səbəbini bilmirəm ki, niyə bu xatirə ağlımdan çıxmır. Bu gün də bura gələndə həmin xatirə yaddaşımda canlandı, uşaqlığım gözümün qabağına gəldi. Bizim evdə, qonaq otağında böyük bir royal vardı. Atam o royalın üstünə "proiqrivatel", plastinkalar qoymuşdu. Mən nağıllara qulaq asırdım. Onda üç, ya dörd yaşında olardım. Hər gün bu təkrar olunurdu. Royalın üstünə çıxırdım, nağıllara qulaq asırdım, anam oyuncaqlarımı gətirirdi, yeməyimi verirdi. Bir dəfə atam gəlib dedi ki, Nigar, geyin, biz heyvanxanaya gedəcəyik.

- Zooparka yəni...

- Hə. Amma zoopark demədi. Heyvanxana dedi (gülür). Mən bunu eşidəndə o qədər çox sevinmişdim ki... İndi belə yadımdadır ki, royalın üstündən necə durdum, qaça-qaça otağıma getdim... Amma sonra nə oldu? Bax, bu mənim yadımda deyil. Xatirənin arxası yadıma düşməsə də, nədənsə bu xatirə məndə kədər hissi oyadır. Və mən bunun səbəbini bilmirəm. Yadıma gəlmir ki, atamla heyvanxanaya getdim, ya yox. Bu xatirə məni hər zaman onu yadıma salanda kədərləndirir.

- Mənim tanıdığım Vaqif Səmədoğlu şən, zarafatçıl biriydi, yumor hissi çox güclüydü. Evdə də eləydi?

- Evdə də siz dediyiniz kimiydi. Onu tanıyanlar, məni tanıyanlar deyirlər ki, sizdə "firmenni Vəkilovski" yumor var (gülür).

- Sizlə zarafat edirdi?

- Çox...

- Yadınıza hansı zarafatı düşür?

- Birini deyim. Amma onu xatırlaya bilmərəm. Çünki mən doğulanda olmuşdu bu. Rəhmətlik nənəm Xavər xanım, bibim, bibimin qızı bizlə üzbəüz yaşayırdılar. Bir gün onlar balkona çıxırlar. Bizə zəng eləmişdilər, soruşmuşdular ki, Vaqif, necəsən, nə var, nə yox? Atam da demişdi ki, yaxşıyam, indi balkona çıxaq, sizə Nigarı göstərəcəm. Mən də bir on gün olar dünyaya gəlmişəm. Bibim danışırdı ki, atan balkona çıxdı, səni tez-tez yellədi, sonra başladı səni göyə atıb tutmağa, bir dəfə, iki dəfə, axırda uşaq düşdü yerə.

- Vay!

- Ancaq o, mən deyildim. Mənim bir yumşaq meymun oyuncağım vardı, onu bürüyüb çıxıbmış balkona.

- Onu görənlərə çox pis təsir edərdi amma...

- Əlbəttə. Bibim az qalmışdı özündən getsin (gülür).

- Bu, sizinlə ilk zarafatıydı... Hələ bələkdəykən...

- Aha, ilk zarafat idi. İkinci zarafatını da deyim. Bizim bir qohumumuz vardı - Ramiz Qiyasbəyli. O, bizə gəlmişdi ki, məni görsün. Qırxım çıxmışdı onda. Anam süfrə açıb, plov bişirib. İndi Ramiz atama deyir ki, ay Vaqif, uşaq hardadır, Nigar balanı gətir görək. Ramizin də çox yekə bığları vardı. Atam da dedi ki, Ramiz, sən yemə, mən indi uşağı gətirəcəm. Ramiz də tez-tələsik bığlarını dəsmalla silir ki, bu saat uşaq gələcək, onu görəcək. Atam qucağında mən gəlib deyib, Ramiz, ala uşağı, alnından öp. Ramiz əyilib öpmək istəyəndə atam örtüyü açıb, ortaya həmən meymun oyuncaq çıxıb (gülüşmə).

- Sizə, yəqin ki, Niyar deyirdi...

- Hə, Niyar... Niyar balam deyirdi. Amma məni ən çox "Amatya" deyə çağırırdı. Nəyə görə? Ona görə ki, anam mənə hamilə olanda, bunlar elə biliblər, oğlan olacaq. Atam da, anam da oğlan istəyirlərmiş. Doğum evində atama deyiblər ki, təbrik edirik, sizin qızınız olub. O da rusca: "A malçik?" deyə soruşub. Sonra bu "A malçik" dönüb oldu "Amalçik", sonrda da "Amatya".

- Nigar xanım, Vaqif müəllim nə vaxt ailə qurdu?

- Anamla 1971-ci ildə tanış olublar. Bir ildən sonra evləniblər.

- Necə tanış olublar?

- Bizim bir qohumumuzun evində. Atam Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun qızı Sevda İbrahimova (Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti - red.) ilə orta məktəbdə oxumuşdu. Ana nənəm isə Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla xalaqızı idi. Atamla anam Mirzə müəllimin kiçik qızının ad günündə tanış olub, bir-birlərini bəyənib və bir müddət sonra ailə qurublar.

- İki qız uşağı oldu...

- Bəli, mən, bir də məndən balaca Məhbub. Səməd Vurğunun anasının adıdır.

- Evdə ən çox kimlə ünsiyyətdə olurdu?

- İkimizlə. Amma, bacım məndən dörd yaş kiçik olduğuna görə, mənimlə daha çox ünsiyyətdə olurdu.

- Nələrdən danışırdınız?

- Biz çox şeydən danışırdıq. Axır vaxtlar biz daha çox həyatdan, poeziyadan söhbət açırdıq. Çünki mən şeir yazıram. Ancaq rus dilində. Ona görə ki, rusdilliyəm. Bir gün mən aparıb şeirlərimi atama verdim və ona dedim: "Sən, sadəcə, şeirləri oxu, tənqid eləmə, demə ki, bu pisdi-filan. Bəyənməsən, denən bəyənmirəm. Ya da yaxşı yaza bilərsən demə. Bir sözlə, tənqid eləmə". Dəftərimi verdim, açdı, birinci şeiri oxudu, sonra vərəqi çevirdi, ikinci şeirə keçdi, gördüm, siqaret alışdırdı, yenə oxumağa davam elədi. Hiss etdim ki, şeirlərim atama maraqlı gəlib. Üzünün ifadəsindən gördüm. Dalbadal siqaret çəkirdi, həyəcanlı olduğunu hiss etdim. Sonra durdu otaqdan çıxdı, əlində də mənim dəftərim. Sonra gəldi mənə dedi ki, Ngar, bilsəydim, sən son yazdığım şeirləri oxumusan, deyərdim bu plagiatdı, ya da Azərbaycan dilindən rus dilinə tərcümədir. Ancaq o şeirləri sən oxuya bilməzdin, çünki çap olunmamışdı, onlar mənim stolumdadır, məndən başqa heç kimin o şeirlərdən xəbəri yoxdur. Yəni şeirlərimiz bir-birinə çox oxşayırdı.

- Nigar xanım, Vaqif Səmədoğlu ata kimi necə biriydi? Onu necə xarakterizə edərdiniz?

- Atamla anam mən doğulandan yeddi il sonra ayrılıblar. Bir müddət tək yaşadı atam. Sonra Nüşabə xanımla tanış oldu və onunla evləndi. Atam bizlə yaşayanda mən uşaq idim. Uşaq olsam da, onun necə ata olduğu yaxşı yadımdadır. Onunla parka gedirdik, bağ evinə aparırdı məni. Şüvəlandakı bağımızda bibimlə qalırdıq. Fotoaparat kolleksiyası vardı, həmçinin gözəl fotoqraf idi. Mənim ən gözəl uşaqlıq şəkillərimi atam çəkib. Onlar çox canlı şəkillərdi. Adi şəkillər deyil. Yadıma sonra bir şey düşür. Bir dəfə atam göbələk qızartmışdı, çağırdı məni ki, gəl yeyək. Anam da hirsləndi: "Olmaz, olmaz. O uşaqdı, uşağa göbələk vermə". Atam demişdi ki, qoy ən dadlı şeyləri indidən öyrənsin. 

- Vaqif müəllim ayrılandan sonra əlaqələr kəsilmədi ki?

- Xeyr. Qətiyyən kəsilmədi. İlk növbədə, ona görə ki, atamla üzbəüz yaşayırdıq. Atamın balkonu bizə tərəf çıxırdı. Zəng edirdi mənə ki, balkona çıx. Balkona çıxırdım, o da o tərəfdən mənə əl eləyirdi. Mən rəhmətlik bibim Aybəniz xanım ilə çox yaxın idim, biz onunla, sözün əsl mənasında, dost idik. Ona görə də, çox vaxt bütün əlaqələri bibim yaradırdı ki, biz tez-tez görüşək.

- Nə üstündə ayrıldılar?  

- Bilirsiniz, yaradıcı insanla ailə qurmaq çətindir. Mənim anam da musiqiçidi, həmin vaxtlar işləyirdi də. Atam da şair idi, yazırdı. Bir gün elə bir vaxt gəldi ki, onlar bir-birini başa düşmədilər.

- İki yaradıcı eqosu evliliyə mane oldu.

- Belə deməzdim. Cavanlığın eqosu və maksimalizm üst-üstə düşüb. Bu, mənim fikrimdir. Sən əgər yaradıcı adamla ailə qurursansa, ona olan marağını da yaradıcılığına qurban verməlisən.

- Ayr


Xəbərə aid fotolar