Bakıda 37 yaşlı kişi özünü yaşadığı binanın damından atdı


Digərləri 26 Okt 2017 11:02:52 258 0

Bakıda 37 yaşlı kişi özünü yaşadığı binanın damından atdı

Bakıda intihar olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.   İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.      Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.