Londonda tarixi QuraniKərimin satışı dayandırıldı


Dünya 26 Okt 2017 10:55:00 358 0

Londonda tarixi QuraniKərimin satışı dayandırıldı

Məşhur osmanlı xəttatı Mustafa Dədə tərəfindən 16-cı əsrdə qələmə alınan və Londondakı Christies muzeyində saxlanılan tarixi Qurani-Kərim nüsxəsinin satışa çıxarılması işi dayandırıldı.

Son.az lent.az-a istinadən xəbər verir ki, hərrac məqsədi ilə tamaşaçılara təqdim olunması planlaşdırılan kitabın gözlənilmədən siyahıdan çıxarıldığı bildirilib. Muzey rəsmiləri bunun səbəbləri barədə heç bir açıqlama verməyiblər   Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Mədəniyyət Nazirliyi sözügedən Quran nüsxəsinin İngiltərəyə qanunsuz yollarla aparıldığı barədə iddia qaldırmışdı.

Ehtimal olunur ki, kitabın satışını da bu səbəbdən dayandırılıb.