BTQ Çindən gələn yükün həcmini artıracaq


Digərləri 26 Okt 2017 10:14:00 287 0

BTQ Çindən gələn yükün həcmini artıracaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qazaxıstan ərazisindən keçməklə Avropaya Çindən əlavə yük cəlb edilməsinə təsir edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər.

Nazirlikdən bildirilib: "Bakı-Tbilisi-Qars dəmiryolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq".