3Gli Nokia 3310 satılacaq


Digərləri 26 Okt 2017 08:59:00 244 0

3Gli Nokia 3310 satılacaq

Operatorların ikinci nəsil mobil rabitə şəbəkələrindən imtina edərək yeni standartlara tam keçməsi "Nokia" şirkətini əfsanəvi düyməli "Nokia 3310" telefonunu yeniləyərək onu "3G" şəbəkəsi ilə təmin etməyə məcbur edib.

Son.az ICTnews-a istinadən bildirir ki, əvvəllər yenilənmiş "Nokia 3310" versiyası "2G" şəbəkəsi ilə işləsə də, bir sıra ölkələr bu standartdan istifadədən imtina edib. Şirkət nümayəndələrinin sözlərinə görə, "3G" şəbəkəsinin dəstəklənməsi funksiyası telefona çoxsaylı alıcıların xahişi ilə əlavə olunub.

Məlumata görə, "3G" şəbəkəsini dəstəkləyən yenilənmiş telefon Avropanın bir sıra ölkələrində 69 avroya satışa çıxarılıb. Yeni standartın dəstəklənməsi ilə yanaşı, model iki yeni rəngdə təqdim olunur.

İnterfeysi yaxşılaşdırılan "Nokia 3310 3G" əvvəlki modeldən düymələr arasında məsafənin artırılması ilə seçilir.

Əvvəllər olduğu kimi, telefon 2,4 düym diaqonallı "QVGA" ekran, işıqlandırıcıya malik 2 meqapikselli kamera, 1200 milliamper/saat tutumlu akkumulyator və "MicroSD" çıxışı ilə təchiz edilib.

Xatırladaq ki, "Nokia 3310" mobil telefonunun yeni modeli fevralın 26-da Barselonada keçirilən "MWC 2017" sərgisində təqdim olunub.