Aparıcı Vüsalə pişik Günelin cavabını verdi: "O, mənim sayəmdə..."


Şou-biznes 25 Okt 2017 20:36:00 314 0

Aparıcı Vüsalə pişik Günelin cavabını verdi: "O, mənim sayəmdə..."

Teleaparıcı Vüsalə Kərimova Günel Ələkbərovanın ona doğum günündə ünvanlandığı təbrikə cavab verib.

Son.az xəbər verir ki, publika.az-a açıqlama verən aparıcı bu söhbətə son qoyduğunu və bundan sonra Güneli reklam etməyəcəyini deyib: "Günelin videosundan xəbərim yoxdur. O, mənim sayəmdə özünü reklam etmək istəyir, ona bu şansı verməyəcəm. Günel mənim səviyyəmdə olan adam deyil. Çıxıb ağzına gələni danışmışdı deyə cavab verdim. Hər gün onun reklamı ilə məşğul ola bilmərəm. Getsin, başqa yerdə oynasın. Nə istəyir danışsın, nə etmək istəyir etsin. O, istəyir ki, hər dəfə ona cavab verim. Gün ərzində də mətbuat ondan xeyli yazı tirajlasın. Ad günümü pozmaq üçün cəhd edib. Ancaq o, bunun üçün çox balaca adamdır".

Qeyd edək ki, tərəflər arasında qalmaqal "Maşın" realiti şousunun gedişi zamanı baş vermişdi.