Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə sənədlər verilib


Dünya 25 Okt 2017 17:18:54 284 0

Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə sənədlər verilib

O, bu qərardan tezliklə şikayət vermək niyyətindədir

Gürcüstanın keçmiş prezidenti, Odessa rayonunun sabiq qubernatoru Mixeil Saakaşvili Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə sənədlərin aldığını bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu qərardan tezliklə şikayət vermək niyyətindədir.

"Nəhayət, biz Prezident Administrasiyasından sənədləri almışıq, bu gün və ya sabah məhkəməyə gedib şikayət verəcəyik", - M.Saakaşvili deyib.

Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko M.Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Prezident Administrasiyası bunu M.Saakaşvili tərəfindən vətəndaşlıq alarkən düzgün olmayan məlumatların təqdim edilməsi ilə izah edib.