İraqın baş nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb


Dünya 25 Okt 2017 13:06:36 250 0

İraqın baş nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Görüşlərdə Türkiyə-İraq əlaqələrinin inkişafı, bölgədəki vəziyyət müzakirə ediləcək

İraqın baş naziri Heydər əl-İbadi Türkiyədə rəsmi səfərdədir.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Esenboğa hava limanında onu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkmi qarşılayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş nazirini öz iqamətgahında qəbul edəcək. Daha sonra iki ölkənin baş nazirləri Binəli Yıldırımla H.İbadi arasında Çankaya köşkündə görüş keçiriləcək. 

Görüşlərdə Türkiyə-İraq əlaqələrinin inkişafı, bölgədəki vəziyyət müzakirə ediləcək.