Jirinovski: Krım haqqında dediklərinə görə Sobçak cəzalandırılmalıdır


Digərləri 25 Okt 2017 12:32:00 186 0

Jirinovski: Krım haqqında dediklərinə görə Sobçak cəzalandırılmalıdır

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır.

Bakı. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır. Trend-in məlumatına görə, partiya sədri daha sonra əlavə edib ki, Sobçak kimi namizədlər ucbatında 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər. Qeyd edək ki, K.Sobçak prezident seçkilərində iştirak dəcəyini bəyan etdiyi ilk mətbuat konfransında bildirmişdi ki, Krım Ukraynanın ərazisidir. O qeyd etmişdi ki, Rusiya-Ukrayna münasibətləri isə yenidən bərpa olunmalıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin