Təhsil işçiləri Kapital Bankdan 3000 manat qazana bilərlər


Digərləri 25 Okt 2017 12:00:00 323 0

Təhsil işçiləri Kapital Bankdan 3000 manat qazana bilərlər

Kapital Bank-ın "Gözəl peşə, özəl təklif" adlı güzəştli kredit kampaniyası 30 noyabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir.

Kreditin məbləği 300 - 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Bundan başqa eyni layihə çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işciləri üçün nəzərdə tutulan "Payız fürsəti" lotereyası da davam edir. Şərtlərə görə 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirən təhsil işçiləri, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.