Demokratlar Partiyasının Senatdakı lideri Trampı "Twitter"də “söz müharibəsinə” son qoymağa çağırıb


Dünya 25 Okt 2017 04:49:11 352 0

Demokratlar Partiyasının Senatdakı lideri Trampı "Twitter"də “söz müharibəsinə” son qoymağa çağırıb

Senator: "Prezident öz vaxtını mənasız şəkildə söz güləşdirməklə keçirir"

ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer prezident Donald Trampı "Twitter"ə ismarıc yazmağa diqqət yetirməyə son qoymağa çağırıb.

“Report” “RT”-ə istinadən xəbər verir ki, senatorun qənaətincə, prezident mənasız şəkildə öz vaxtını "Twitter"də söz güləşdirməklə keçirir.

“Prezident üçün "Twitter"də gündəlik səmərəsiz vaxt keçirməyə son qoymağın və Amerika xalqının rifahı naminə çalışmağın vaxtı çatıb. Bu gün biri ilə, sabah digəri ilə... Bizə lazımdır ki, prezident qollarını çırmalasın və işə başlasın. Tvit yazmağa son qoyun, idarə etməyə başlayın”, - deyə o bildirib.

Senatorun bu sözlərinə səbəb D.Trampla Beynəlxalq Münasibətlər üzrə Komitə sədri Bob Korker arasında yaranan mübahisə olub.

Korker Trampa müraciət edərək, Şimali Koreya ilə bağlı məsələnin həllini peşəkarlara həvalə etməyə çağırıb. Tramp öz cavabında komitə sədrini səriştəsiz adlandırıb.