İŞİDə qoşulan minlərlə insan ölkələrinə qayıdır


Dünya 24 Okt 2017 23:07:00 325 0

İŞİDə qoşulan minlərlə insan ölkələrinə qayıdır

Suriya və İraqda İŞİD-ə qoşulan azı 5,6 min nəfər öz ölkələrinə qayıdıb.

Son.az "Report"a istinadən bildirir ki, söhbət 33 ölkədən olan kişi, qadın və uşaqdan gedir.

Keçmiş Sovet İttifaqı ölkələrindən İŞİD-ə 8717 döyüşçü qoşulub. Bundan başqa, Yaxın Şərqdən 7000-dək insan burada yaşayıb. Habelə Şərgi Avropa ölkələrindən də Suriya və İraqa 5700 döyüşü yollanıb.

Məlumata görə, Rusiyadan Suriya və İraqa İŞİD tərkibində mübarizə aparmaq üçün gedən 3417 nəfərdən 400-ü geri qayıdıb. Səudiyyə Ərəbstanı və Tunisə müvafiq olaraq 760 (3200 insandan) və 800 (2900 nəfərdən) insan qayıdıb.