Azərbaycan nefti 58 dollardan baha satılır


Digərləri 24 Okt 2017 23:06:14 269 0

Azərbaycan nefti 58 dollardan baha satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 58,3 dollar/barel təşkil edib

Bakı. Maksim Tsurkov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 58,3 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,21 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 57,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 23-də 55,2 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 23-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin