Almaniyada yeni Bundestaq işə başladı


Dünya 24 Okt 2017 22:17:00 255 0

Almaniyada yeni Bundestaq işə başladı

Parlamentin yeni tərkibi bir ay əvvəlki seçkilərdən sonra ilk dəfə toplaşıb

Almaniyanın paytaxtı Berlində Bundestaqın təsisedici iclası keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, parlamentin yeni tərkibi bir ay əvvəl keçirilmiş seçkilərdən sonra ilk dəfə toplaşıb. İclasın birinci günündə deputatlar sabiq maliyyə naziri Volfqanq Şoybleni spiker vəzifəsinə təsdiq ediblər, həmçinin sədr müavinlərini irəli sürüblər.