WhatsAppda daha bir gözlənilən YENİLİK


Digərləri 24 Okt 2017 21:38:00 224 0

WhatsAppda daha bir gözlənilən YENİLİK

"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla "WABetaInfo" portalı məlumat yayıb.

Yeni xidmətin pullu və ya pulsuz olacağı bilinmir. Bundan başqa, qrup zənglərinin "WhatsApp" messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı da istisna deyil.

Digər yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim olunacağı gözlənilir.