Afaq Aslan: "Çingiz Abdullayev mənə zəng edib, görüşmək istədiyini dedi" FOTO


Şou-biznes 24 Okt 2017 17:49:54 759 0

Afaq Aslan: "Çingiz Abdullayev mənə zəng edib, görüşmək istədiyini dedi"  FOTO

Son.az xəbər verir ki, oxu.az bu yaxınlarda özünü model kimi sınayan və Ukraynada keçirilən gözəllik müsabiqəsində qalib olan müğənni Afaq Aslanla müsahibəni təqdim edir:

- Ukraynada təşkil olunan "Kainat gözəli - 2017" gözəllik müsabiqəsində qalib olduqdan sonra Azərbaycanın detektiv yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev sizi təbrik edib və bu, sosial mediada böyük rezonans doğurub...

- Çingiz Abdullayev ailəmizin çox sevimli yazıçısıdır. Dünyada tanınmış insandır. Ukraynada keçirilən "Kainat gözəli - 2017" yarışmasında birincilik qazananda, məni ilk təbrik edənlərdən biri Çingiz Abdullayev oldu. Telefon danışığımız zamanı söylədi ki, vaxt olsa, görüşüb çay içərik, mən sizi canlı-canlı təbrik edərəm. Şərəf duyuram ki, o cür alicənab, aristokrat, sözünü dünyaya demiş insan məni diqqətdən kənarda qoymadı.

- Müsabiqədə iştirakınızla bağlı danışmağınızı istərdik...

- İki ildir mənə bu müsabiqədə iştirak etmək təklif olunurdu. Elə oldu ki, bu dəfə razılıq verdim. Mən nəyəsə iddialı deyiləmsə, o yola addım atmıram. Bilirəm ki, addımladığım yolda uğur əldə edəcəyəm. Müsabiqəyə 23 ölkənin təmsilçisi qatılmışdı. Finala 9 ölkə vəsiqə qazandı. Nəticədə mən qalib oldum, Azərbaycanı birinci etdim.

- Yarışmada iştirakınız birmənalı qarşılanmadı. Bu, hətta sosial mediada və verilişlərdə də müzakirə olundu...

- Bu sahə belədir ki, bir insanın uğuruna heç kim sevinmir. Mən müsabiqədə olan ərəfədə Rövşanə Bektaşinin təqdimatında yayımlanan "Səhər-səhər" verilişində mənim açıq-saçıq geyimlərim müzakirə olunub. O verilişə internetdə baxdım, gülməyim gəldi. Mən Rövşanə xanımı savadlı jurnalist kimi tanıyıram, lakin onun qeyri-peşəkar veriliş aparmağı mənə çatmadı. O dəqiqə bilinir ki, veriliş hansısa maraqlar üzərində qurulub. Aparıcı orada belə bir söz işlədir: "Mən Afaq Aslanı tanımıram". Onun bu sözləri gülünc səslənir. Məni tanımırsan, amma verilişində müzakirə edirsən. Sonra verilişdə belə bir sual verir: "Afaq modeldir, yoxsa müğənni?" Ən azından intellektual səviyyəsi olan aparıcı verilişində müzakirə etdiyi insan barədə məlumatlı olmalıdır. Mən sənətə Kamal (Kəmaləddin Heydərov) müəllimin bəstəsi ilə gəlmişəm. Bilirsiniz ki, o, hər adama mahnı vermir.

Verilişdə Əməkdar artist Lalə Məmmədovanın haqqımda danışması mənə qəribə gəldi. Təsəvvür edin ki, 15-20 il ömrünü bu sənətə həsr edən və Əməkdar artist adı alan müğənni 3-5 il səhnədə olan ifaçıya söz atmaqla gündəmə gəlir. Bu, acizlikdir. Mən 7 ildir bu sahədəyəm. Lalə Məmmədova "Məktəb illəri" mahnısını ifa edəndə, mən məktəbli idim, müğənni deyildim. Mənim yaşım qədər onun təcrübəsi var. Birdən-birə mənə sataşmağı gülüncdür, onun adına yaraşmır. Yalnız dar düşüncəli insan qarşısındakına geyiminə görə qiymət verə bilər. İnsanın əxlaqına geyiminə görə qiymət verilmir. Mənə söz atan insan, sən ailə qurmuşdun, iki övladın var idi. Onda mən də sənə sual verim ki, nümunəvi qadın ərindən boşanmaz, niyə boşandın?

Aparıcı mənim geyimlərimin açıq-saçıqlığından danışır. Buradan ona demək istəyirəm ki, mənim soyunmağım bir çoxlarının geyimindən qiymətlidir. Model və müğənnilik peşələri mənim hobbimdir. Model səhnədə kürk geyinib gəzməli deyil ki? O, bədəninin gözəlliyini nümayiş etdirməlidir.  Mənə maraqlıdır ki, o savadlı jurnalistdirsə, bilmir ki, model necə geyinməlidir? Rövşanəyə sual lazımdır ki, sənin əmin Alim Səlimov 1983-cü ildə "Papaq" filmində yarıçılpaq vəziyyətdə dəmirçi obrazını yaradıb. O vaxt soyunmaq nədir, bilmirdilər.  Sən niyə öz verilişində ailə üzvlərini müzakirə etmirsən, mənim geyimlərimdən danışırsan?

Qoy, mənim haqqımda elə adam fikir desinlər ki, onların cəmiyyətdə nüfuzu var. Öz həyatından bixəbər olan insanlar məni müzakirə edirlər.

- Sosial şəbəkələrdə bu cür şərhlərə rast gəlirik: "Afaq Aslanın gözəl bədən quruluşu var, lakin üz cizgiləri müsabiqəyə uyğun deyil" və s...

- Məni heç kim azərbaycanlıya bənzətmir. Elə bilirlər ki, metisəm. Bu barədə mənə müsabiqədə olanda da sual verdilər. Daha çox ərəb və İran qızlarına bənzədirlər.

- Modelliklə bağlı fəaliyyətinizi davam etdirmək planınız var?

- Bunu ilk dəfə sizə açıqlayıram. Həmin müsabiqədən sonra mənə İtaliya və San-Marinoda təşkil olunacaq gözəllik müsabiqələrinin təşkilatçılardan təklif gəldi. İndidən ora hazırlaşıram.

- Siz həm də akademik Aslan Aslanovun nəslindənsiniz. Onu necə xatırlayırsınız? - Bəli, atamın əmisidr. Mənim adımı da o qoyub. Aslan Aslanovun doğma övladı olmayıb. Mənim atamı və ailə həyatı qurduğu qadının qızını övladlığa götürüb. O, çox humanist insan olub. Köməyə ehtiyacı olanlara əl tutub. O, həm də ADMİU-nun prorektoru kimi çalışıb. Bir çox Xalq və Əməkdar artsitlərimizə dəstək olub.


Xəbərə aid fotolar