Yeni yolların çəkilməsinin sürüşmələrə səbəb olması iddiasına


Digərləri 24 Okt 2017 11:48:00 267 0

Yeni yolların çəkilməsinin sürüşmələrə səbəb olması iddiasına

"Coğrafiya İnstitutunun guya yeni yolların çəkilməsinin sürüşmələrin aktivləşməsinə səbəb olması ilə bağlı səsləndirdiyi iddialara cavab olaraq bildirmək istəyirik ki, ümumiyyətlə "Azəravtoyol" ASC tərəfindən dağlıq ərazilərdə yeni avtomobil yolları salınmır. Sadəcə olaraq mövcud olan avtomobil yollarında təmir-bərpa işləri aparılır".

Son.az xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, təmir-bərpa işləri aparılmamışdan öncə isə mütləq şəkildə həmin yollar boyu geoloji işlər aparılır və nəticələri aidiyyəti üzrə təhvil verilir: "Əgər yol üçün təbii proseslərlə bağlı (zəlzələ, sürüşmə, sel və s.) hər-hansı bir təhlükə varsa bunun qarşısının alınması üçün tədbirlərdən ibarət təkliflər yolun layihəsinə salınır. Sürüşmələrin aktivləşməsinin səbəbi AÇIQLANDI