Paytaxtın bu ərazilərində su olmayacaq


Digərləri 24 Okt 2017 11:03:00 230 0

Paytaxtın bu ərazilərində su olmayacaq

Paytaxtın bu ərazilərində su olmayacaq.

Bakı. Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar oktyabrın 24-də gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.