Tramp hakimiyyətə gələndən 20 ölkə Şimali Koreyadan üz çevirib


Dünya 24 Okt 2017 10:22:00 258 0

Tramp hakimiyyətə gələndən 20 ölkə Şimali Koreyadan üz çevirib

ABŞ Prezidenti Donald Trampın 2017-ci ilin yanvarında inauqurasiyasından sonra 20 ölkə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri ya tamamilə dayandırıb, ya da məhdudlaşdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, belə bir statistik xəbərlə Cənubi Koreya telekanalı çıxış edib.

Telekanal xəbər verir ki, hətta Şimali Koreyanın ənənəvi dostları olan Myanma, Vyetnam, Uqanda da bu siyahıya qoşulub: "Bütün bu ölkələr şimali koreyalı diplomatları öz ölkəsindən çıxarıb".

Şimali Koreya ilə dost münasibətləri saxlayan Portuqaliya da 42 ildə ilk dəfə bu ölkə ilə diplomatik münasibətləri kəsib.