Əsəbi qadınların daha çox qızı olur


Digərləri 23 Okt 2017 23:18:00 407 0

Əsəbi qadınların daha çox qızı olur

Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngiltərənin Oksford Universitetinin alimlərinin dediklərinə görə, onların apardıqları araşdırmanın nəticələri belədir.

Son.az musavat.com-a istinadən bildirir ki, ingilis alimlər ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur. Eksperimentə cəlb edilmiş qadınların orqanizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol ilə beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb.