Bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir Azərbaycanda VİDEO


Digərləri 23 Okt 2017 22:31:00 348 0

Bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir  Azərbaycanda  VİDEO

Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir...

Son.az bildirir ki, Qazaxdakı çay evlərindən birində maraqlı ismarıclara rast gəlmək olar.

Buraya gələn müştərilər gedərkən bir mesaj qoyur. Bu ismarıclar ya sevgi etirafları olur, ya ad günü təbrikləri, ya da aforizm və ya gülüş doğuran sözlər. Əksər müştərilərinin gənclər olduğu çay evində belə ənənə təxminən 1 ildir davam edir.

Müştəriləri buraya çəkən əsas səbəb də elə içəridə yazılan ismarıclardır. Onlar deyirlər ki, bura gəlib həm əylənir və istirahət edir, həm də özlərindən bir xatirə qoyub gedirlər.