İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyi İkinci Bakı Şopinq festivalından yazıb


Digərləri 23 Okt 2017 19:08:00 272 0

İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyi İkinci Bakı Şopinq festivalından yazıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinin Xəbər Agentlikləri Birliyinin İİNA agentliyi İkinci Bakı Şopinq festivalı haqqında məqalə yayıb.

Bakı. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinin Xəbər Agentlikləri Birliyinin İİNA agentliyi İkinci Bakı Şopinq festivalı haqqında məqalə yayıb. Trend-in məlumatına görə, “Bakı Şopinq Festivalı …rəngarəng fəaliyyət və güclü axın” başlıqlı yazıda festivalın dünyanın müxtəlif ölkələrindən olan turistlərin və yerli alıcıların marağını çəkdiyi qeyd edilir. Məqalədə Şopinq Festivalın əsas məqsədinin turizm sektorunun inkişafı və ölkənin tanıdılması olduğu deyilir, bu məqsədlə tədbir çərçivəsində müxtəlif maraqlı proqramların, əyləncələrin və hədiyyəli lotereya oyunlarının təşkil edildiyi bildirilir. Məqalədə vurğulanır ki, 500-ə yaxın ticarət obyektinin, marketin, turizm şirkətinin qoşulduğu festival ərzində alıcılara geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir. Vurğulanır ki, turistləri də yaddan çıxarmayan festival onlar üçün maraqlı təklifləri ilə yadda qalır. Təqdim olunan turist paketlərinə təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, Bakı Şopinq Festivalında iştirak edən ticarət obyektlərinə şopinq turlar daxildir.