Futbolçuları aparan mikroavtobus qəzaya düşdü


Dünya 23 Okt 2017 15:14:00 336 0

Futbolçuları aparan mikroavtobus qəzaya düşdü

Gürcüstanın "Çixura" klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi "Dinamo"suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib.

Klub rəsmilərinin sözlərinin görə, hadisə nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb.