Rus qadın icazəsiz Azərbaycan səfirliyinə girmək istədi


Digərləri 23 Okt 2017 14:21:42 325 0

Rus qadın icazəsiz Azərbaycan səfirliyinə girmək istədi

Moskvada yerli sakin zorla Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd göstərib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib. Bildirilir ki, iş saatı bitdikdən sonra bir qadın səfirliyin binasının qarşısına gələrək içəri daxil olmağa çalışıb. O, mühafizəçi ilə dalaşıb və səfirliyin qapısını döyərək Azərbaycana getmək istədiyini deyib.   Adı açıqlanmayan qadın hadisə yerinə çağırılan polis tərəfindən saxlanılıb. Onun spirtli içki qəbul etdiyi bildirilir.