Polis qəribə canini axtarır:


Digərləri 23 Okt 2017 14:05:00 352 0

Polis qəribə canini axtarır:

"Qəflətən kimsə arxadan saçlarımdan yapışdı, sonra bıçaqla kəsdi. Qorxudan səsim tutulmuşdu, qışqıra da bilmədim".

Qəflətən kimsə arxadan saçlarımdan yapışdı, sonra bıçaqla kəsdi. Qorxudan səsim tutulmuşdu, qışqıra da bilmədim.

53 yaşlı Taslema adlı qadın axşam saatlarında hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, arxadan yaxınlaşan kişi onun saçlarından yapışıb, sağ əlinə dolayıb, sonra da sol əlindəki bıçaqla onun saçlarını kəsib.

Son.az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Kəşmir ştatında yaşanıb.

Polisdən verilən məlumata görə, naməlum şəxs Srinaqar bölgəsindki Betamalu şəhərində qadınlara hücum edir. O, qurbanların saçını kəsəndən sonra aradan çıxır.

Artıq 107 qadın polisə müraciət edərək bu manyakın hücumlarına məruz qaldığını bildiriblər.


Xəbərə aid fotolar