DİN avtobus qəzası ilə bağlı məlumat yaydı


Digərləri 23 Okt 2017 12:36:00 282 0

DİN avtobus qəzası ilə bağlı məlumat yaydı

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 19.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi "Daewoo" markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.    Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.