"Bakının zəlzələ ilə bağlı təhlükəsi Xəzərdən gözlənilir"


Digərləri 23 Okt 2017 12:21:00 315 0

"Bakının zəlzələ ilə bağlı təhlükəsi Xəzərdən gözlənilir"

Xəzər nə qədər neft-qaz ehtiyatları ilə zəngindirsə, onun o qədər də potensial gücə malik olan zəlzələ ocaqları var. Abşeronun, Bakının zəlzələ ilə bağlı təhlükəsi də Xəzərdə mövcud olan zəlzələ ocaqlarından gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin dibində seysmometrlərin quraşdırılması üçün aparatlar 3 il əvvəl alınıb: "Lakin onlar bu günədək quraşdırılmayıb. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərləri tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət olundu ki, bu məsələdə bizə yardımçı olsunlar. Çünki biz 3 ilə yaxındır ki, dib seysmometrlərini almışıq. Ancaq onlar indiyədək mərkəzin anbarında qalıb".