Ağdam sakini silah-sursatla yaxalanıb


Digərləri 23 Okt 2017 12:12:00 295 0

Ağdam sakini silah-sursatla yaxalanıb

Ağdamda silahlı şəxs yaxalanıb.

Bakı. Ağdamda silahlı şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Dəyanət Əhmədovun paytaxtın Sabunçu rayonu Ləhiş bağlar sahəsində yaşadığı evə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.