Avtomobil qadını vurub


Digərləri 23 Okt 2017 08:59:00 227 0

Avtomobil qadını vurub

Yaralının vəziyyəti ağırdır

Bakının Nərimanov rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1976-ci il təvəllüdlü Səlimova Könül Saday qızı Ziya Bünyadov prospektində yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə "təcili tibbi yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.