İsveçrədə yeniyetmə balta ilə insanlara xəsarət yetirib


Dünya 23 Okt 2017 03:25:07 342 0

İsveçrədə yeniyetmə balta ilə insanlara xəsarət yetirib

Polis insidentin terrorla əlaqəli olma ehtimalını istisna edir

Bazar günü İsveçrənin Flums kommunasında (Sankt-Qallen kantonu) 17 yaşlı yeniyetmə balta ilə insanlara hücum edərək bir neçə nəfərə xəsarət yetirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Tages Anzeiger" qəzeti yazıb.

Bildirilir ki, oğlan gecə yarısı yerli poçt şöbəsi yaxınlığında insanlara hücum edib, daha sonra ərazidəki avtomobillərdən birini qaçırdaraq hadisə yerindən uzaqlaşıb. O, ardınca yanacaqdoldurma məntəqəsi yaxınlığında daha bir neçə nəfərə xəsarət yetirib və orada polis tərəfindən saxlanılıb.

Hadisənin motivləri məlum deyil. Hüquq-mühafizə orqanları insidentin terrorla əlaqəli olma ehtimalını istisna edirlər.

Hadisə zamanı xəsarət alanların dəqiq sayı, həmçinin onların vəziyyəti barədə məlumat yoxdur.